
Agentic System Thinking nədir?
AI dövründə komandaların qarşısında yeni bir sual dayanır: AI agentlərdən istifadə edəcəyik, yoxsa etməyəcəyik?
Əgər istifadə etmiriksə, proseslər əvvəlki kimi manual qalır. Komanda daha çox vaxt itirir, delivery yavaşlayır və rəqabətdə geri qalmaq riski artır.
Əgər istifadə ediriksə, onda başqa bir risk yaranır: AI agentə nəzarəti itirmək.
Burada əsas məsələ sadəcə prompt yazmaq deyil. Əsas məsələ sistemin necə işlədiyini anlamaqdır. Çünki AI agentə verilən hər tapşırıq məhsulun UI, API, database, arxitektura, backlog və code structure hissələrinə təsir edə bilər.
Agentic System Thinking bu əlaqələri görmək və AI agentləri sistemin ümumi məntiqinə uyğun yönləndirmək bacarığıdır.
Yəni Product Manager, Developer, QA, Designer və Tech Lead məhsula ayrı-ayrı hissələr kimi yox, bir-biri ilə bağlı sistem kimi baxmalıdır. Bir UI dəyişikliyi API tələbini dəyişə bilər. API dəyişikliyi database strukturuna təsir edə bilər. Database qərarı performance-a, architecture-a və gələcək development sürətinə təsir edə bilər.
Əgər komanda bu əlaqələri görmürsə, AI agentə verdiyi prompt da təhlükəli ola bilər. Çünki agent tapşırığı icra edə bilər, amma sistemin böyük xəritəsini bilmədən verilən prompt CodeSpace-i qarışdıra, arxitekturanı poza və gələcəkdə daha böyük problemlər yarada bilər.
Bu səbəbdən AI dövründə sadəcə “AI istifadə etməyi bacarmaq” kifayət deyil. Komanda AI agentə nə istədiyini dəqiq izah etməli, amma eyni zamanda bu istəyin məhsulun hansı hissələrinə təsir edəcəyini də anlamalıdır.
DPS System burada komandaya struktur verir.
Business Canvas, UI Canvas, API Canvas, Backlog Canvas və digər canvas formatları məhsulun bütün əsas hissələrini görünən edir. Komanda artıq yalnız task görmür. O, task-ın biznes məqsədi, istifadəçi təcrübəsi, texniki təsiri və delivery nəticəsi arasındakı əlaqəni başa düşür.
Bu da AI agentlərlə işləməyi daha təhlükəsiz və idarə olunan edir.
Agentic System Thinking olan komandada AI agent komandanı idarə etmir. Əksinə, komanda AI agenti düzgün istiqamətləndirir.
Agentic Transformation üçün bu bacarıq əsasdır. Çünki gələcəyin product komandaları yalnız daha sürətli işləyən komandalar olmayacaq. Onlar sistem əlaqələrini görən, fikrini canvas formasında strukturlaşdıran və AI agentləri nəzarət altında idarə edən komandalar olacaq.
AI dövründə güclü komanda o deyil ki, sadəcə AI tool istifadə edir.
Güclü komanda odur ki, sistemi anlayır, əlaqələri görür və AI agenti düzgün yönləndirir.