
Gələcəyin Product Manager-i AI agentləri necə idarə edəcək?
AI agentlər yalnız development prosesini dəyişmir. Onlar Product Management-in özünü də dəyişir.
Əvvəllər Product Manager requirement toplayır, user story yazır, backlog idarə edir və komandalar arasında koordinasiya yaradırdı. Agile dövründə bu model işləyirdi, çünki əsas icra insan komandalarının üzərində idi.
Amma AI agentlərin product delivery prosesinə daxil olduğu yeni dövrdə bu yanaşma artıq kifayət etmir.
Agentic Product Management — məhsulun discovery, development və monetization proseslərini AI agentlərlə birlikdə, strukturlaşdırılmış və ölçülə bilən formada idarə etmək yanaşmasıdır.
Bu modeldə Product Manager sadəcə task yazan şəxs deyil. O, AI agentlərin düzgün işləməsi üçün kontekst hazırlayan, requirement-ləri canvas formasında strukturlaşdıran və delivery prosesini sistemli şəkildə idarə edən rola çevrilir.
Burada iki əsas rol önə çıxır:
Agentic Product Manager və Agentic Product Engineer.
Agentic Product Manager biznes məqsədini, istifadəçi ehtiyacını, product logic-i və tələbləri strukturlaşdırılmış formada izah edir. Bu məlumat yalnız insan komandası üçün deyil, AI agentlər üçün də başa düşülən formada hazırlanmalıdır.
Agentic Product Engineer isə development prosesində AI agentləri düzgün istiqamətləndirir, codebase-i qoruyur və architecture, API, database, component relations kimi hissələrin bir-biri ilə necə əlaqəli olduğunu anlayır.
Bu səbəbdən Agentic System Thinking Agentic Product Management-in əsas bacarıqlarından biridir.
Çünki AI agentə verilən hər prompt məhsulun UI, API, database, architecture, backlog və code structure hissələrinə təsir edə bilər. Əgər komanda bu əlaqələri görmürsə, AI sürət yarada bilər, amma eyni zamanda qarışıqlığı da böyüdə bilər.
DPS System bu problemi Canvas-Driven Communication ilə həll edir.
Business Canvas, UI Canvas, API Canvas, Backlog Canvas, AI Prompts və QA Criteria kimi strukturlar vasitəsilə fikir əvvəlcə agent-readable formata çevrilir. Sonra bu struktur AI agentlər üçün daha dəqiq promptlara, daha təhlükəsiz execution-a və daha ölçülə bilən product delivery prosesinə çevrilir.
Agentic Product Management-in əsas fərqi budur: product management artıq yalnız meeting, task və backlog idarəçiliyi deyil. Bu, insan komandaları və AI agentləri eyni product language ətrafında idarə etmək bacarığıdır.
Gələcəyin Product Manager-i yalnız komandanı koordinasiya edən şəxs olmayacaq.
O, fikri strukturlaşdıran, AI agentlərə düzgün kontekst verən, sistem əlaqələrini görən və product delivery-ni ölçülə bilən formada idarə edən lider olacaq.
Agile Product Management insan komandalarını idarə etməyi öyrədirdi.
Agentic Product Management isə insan + AI agent komandalarını sistemli şəkildə idarə etməyi öyrədir.