Məqalələrə qayıt
Prompting nədir və doğru prompt necə yazılır?

Prompting nədir və doğru prompt necə yazılır?

DPS Alliance8 may 20261 dəq oxu

AI dövründə ən çox eşitdiyimiz sözlərdən biri “prompt”dur. Çox insan üçün prompt sadəcə AI-a verilən sual və ya tapşırıqdır. Amma Agentic Transformation dövründə prompt bundan daha böyük anlayışdır.

Prompt — insanın fikrini AI agentin başa düşə biləcəyi formada strukturlaşdırmasıdır.

Sadə prompt belə ola bilər: “Mənə landing page hazırla.”
Amma doğru prompt belə işləyir: məqsəd nədir, auditoriya kimdir, məhsul nədir, hansı nəticə gözlənilir, hansı məhdudiyyətlər var, hansı formatda cavab lazımdır?

Fərq buradadır.

Prompting-in bir neçə əsas növü var: sual promptları, task promptları, rol əsaslı promptlar, kontekst əsaslı promptlar və addım-addım icra promptları. AI agentlərlə işləyən komanda bu fərqləri bilməlidir. Çünki hər prompt eyni nəticə yaratmır.

Ən böyük səhv isə promptu tək cümləlik tapşırıq kimi görməkdir.

Əgər Product Manager product logic-i izah etmirsə, Developer texniki əlaqələri göstərmirsə, Business Team monetizasiya məqsədini yazmırsa, AI agent yalnız natamam məlumat üzərində işləyəcək. Nəticədə cavab gözəl görünə bilər, amma product delivery üçün yanlış ola bilər.

DPS System-in gətirdiyi yenilik burada başlayır.

DPS prompt yazmağı sadəcə “AI-a yaxşı sual vermək” kimi görmür. DPS bunu Canvas-Driven Communication-un bir hissəsi kimi təqdim edir. Yəni insan əvvəlcə fikrini Business Canvas, UI Canvas, API Canvas və Backlog Canvas kimi strukturlaşdırılmış sənəd formasına salır. Sonra bu struktur AI agent üçün daha aydın prompt və kontekstə çevrilir.

Bu yanaşma promptu daha təhlükəsiz edir. Çünki AI agent artıq boş fikirlə yox, sistemli məlumatla işləyir.

Doğru prompt üçün üç şey vacibdir: aydın məqsəd, kifayət qədər kontekst və gözlənilən nəticənin dəqiq formatı. Relational System Thinking isə bu promptun məhsulun digər hissələrinə necə təsir edəcəyini görməyə kömək edir.

AI dövründə prompt yazmaq sadəcə texniki bacarıq deyil. Bu, düşüncəni strukturlaşdırmaq bacarığıdır.

Kim fikrini daha aydın canvas formasına sala bilirsə, AI agentdən də daha düzgün nəticə ala bilir.