Məqalələrə qayıt
Canvas-Driven Communication nədir?

Canvas-Driven Communication nədir?

DPS Alliance4 may 20262 dəq oxu

AI dövründə ən böyük bacarıq təkcə çox bilmək deyil. Ən böyük bacarıq bildiyini strukturlaşdırılmış formada izah edə bilməkdir.

Əvvəllər şirkətlərdə insanlar görüşlərdə danışır, Word sənədləri yazır, task-lar açır və komandalar bu məlumatları öz bildikləri kimi başa düşməyə çalışırdılar. Agile dövründə bu problemi azaltmaq üçün sprintlər, user story-lər, backlog və daily meeting-lər önə çıxdı. Məqsəd insan komandaları arasında daha sürətli və aydın kommunikasiya yaratmaq idi.

Amma indi yeni dövrdəyik.

AI assistant-lar və AI agentlər artıq product management, development, QA, documentation və sales proseslərinə daxil olur. Bu isə kommunikasiya problemini daha da ciddi edir. Çünki AI agent qeyri-müəyyən fikri, yarımçıq izahı və qarışıq tapşırığı düzgün nəticəyə çevirə bilməz.

Əgər insan beynindəki ideyanı strukturlaşdırılmış formada yaza bilmirsə, onu AI agentə də düzgün izah edə bilməyəcək.

Canvas-Driven Communication məhz bu problemi həll edən yanaşmadır.

Canvas burada sadəcə dizayn lövhəsi deyil. Canvas — insanın beynindəki ideyanı strukturlaşdırılmış sənəd formasına çevirmək üçün istifadə olunan formatdır. Yəni biznes ideyası, istifadəçi ehtiyacı, UI məntiqi, API tələbi, backlog, acceptance criteria və monetizasiya düşüncəsi ayrı-ayrı yox, sistemli şəkildə yazılır.

Bu yanaşmada əsas məqsəd budur: insan fikrini elə formada ifadə etməlidir ki, onu həm Product Manager, həm Developer, həm QA, həm Business Team, həm də AI agent başa düşə bilsin.

DPS System bu yanaşmanı praktik sistemə çevirir.

DPS vasitəsilə şirkətlər Business Canvas, UI Canvas, API Canvas, Backlog Canvas və digər strukturlaşdırılmış sənəd formatları ilə işləməyi öyrənirlər. Bu isə komandaya sadəcə “danışmaq” yox, fikri məhsula çevrilə bilən formada izah etmək bacarığı verir.

AI dövründə fantastik ideyaya sahib olmaq kifayət deyil. Əgər o ideya strukturlaşdırılmayıbsa, AI üçün işlək input deyil.

Bu gün şirkətlərin transformasiyası buradan başlayır: insanlar əvvəlcə AI agentlərlə danışmağı, onlara düzgün kontekst verməyi və fikirlərini canvas formasında ifadə etməyi öyrənməlidirlər.

Agentic Transformation Canvas-Driven Communication ilə başlayır.

Çünki AI dövründə kim fikrini daha aydın, daha strukturlaşdırılmış və daha agent-readable formada ifadə edə bilirsə, o da daha sürətli nəticə əldə edəcək.