Məqalələrə qayıt
Agentic Transformation nədir və niyə şirkətlər üçün artıq labüddür?

Agentic Transformation nədir və niyə şirkətlər üçün artıq labüddür?

DPS Alliance1 may 20262 dəq oxu

Bir zamanlar şirkətlər “Agile Transformation” dövrünə keçirdi. Məqsəd komandaları daha çevik etmək, uzun və ağır planlama proseslərini sprintlərə bölmək, məhsul inkişafını daha sürətli və idarə olunan formaya gətirmək idi.

Bu gün isə yeni bir dövr başlayır: Agentic Transformation dövrü.

Artıq şirkətlər sadəcə insan komandaları ilə işləmirlər. AI assistant-lar, AI agentlər və avtomatlaşdırılmış sistemlər product management, development, QA, documentation və biznes qərarvermə proseslərinə daxil olur. Amma burada əsas sual budur:

İnsanlar AI agentlərlə necə düzgün işləyəcək?

Çünki AI aləti almaq transformasiya deyil. ChatGPT, Copilot və ya başqa agentlərdən istifadə etmək də təkbaşına şirkəti AI-ready etmir. Əgər şirkətdə requirement-lər qarışıqdırsa, product logic aydın deyilsə, UI, API, backlog və biznes məqsədləri bir-birindən qopuq işləyirsə, AI bu problemi həll etməyəcək. Əksinə, qarışıqlığı daha sürətli böyüdəcək.

Agile dövründə əsas məqsəd insan komandalarını eyni ritmə salmaq idi. Agentic dövrdə isə məqsəd daha böyükdür: insanlar və AI agentlər eyni məhsul dili ilə işləməlidir.

Burada DPS Ssytem və CaDPM™ yanaşması önə çıxır.

DPS System şirkətlərə AI dövrü üçün strukturlaşdırılmış product delivery sistemi qurmağa kömək edir. Business Canvas, UI Canvas, API Canvas, Backlog Canvas və digər product strukturları vasitəsilə komanda yalnız “task” icra etmir, məhsulun biznes məntiqini, istifadəçi təcrübəsini, texniki əlaqələrini və monetizasiya məqsədini birlikdə görür.

Bu yanaşma sayəsində Product Manager, Developer, QA, Designer, Business Team və AI agentlər eyni kontekstdə işləyə bilir. AI artıq sadəcə köməkçi alət deyil, düzgün yönləndirilən product delivery iştirakçısına çevrilir.

Agentic Transformation şirkətlər üçün lüks deyil. Bu, yaxın illərdə rəqabətdə qalmaq üçün əsas şərtlərdən biri olacaq. Çünki AI ilə işləməyi bacaran komandalar daha sürətli yazacaq, daha tez test edəcək, daha düzgün qərar verəcək və bazara daha qısa zamanda çıxacaq.

Amma bunun üçün əvvəlcə sistem lazımdır.

DPSSummary-nin əsas məqsədi də budur: şirkətləri AI agentlərlə işləyə bilən, strukturlaşdırılmış, ölçülə bilən və məhsul yönümlü komandaya çevirmək.
Agile Transformation insan komandalarını dəyişdi.
Agentic Transformation isə insan + AI komandalarının necə işləyəcəyini dəyişəcək.


Köhnə dövr

Yeni dövr

Agile Transformation

Agentic Product Transformation

Scrum / Kanban / Jira

Canvas-driven AI-ready product system

Human team alignment

Human + AI agent alignment

User stories

Canvas-Driven Communication

Sprint delivery

Agent-assisted product delivery

Agile Coach

Agentic Product Transformation Consultant